"Ayın sonuna qədər birdəfəlik ödəmə veriləcək şəxslərin gündəlik rəqəmini 25-30 minə çatdırarıq. Çalışacağıq ki, bu ayın sonu-mayın əvvəlində 600 min insanın hər biri bu vəsaiti ala bilsin".
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Nazir qeyd edib ki, əsas sual vəsaitin götürülməsi ilə bağlıdır:
“Çünki gün ərzində ödəniş həddindən artıq çox olanda istənilən şəkildə bank və poçt şöbələrində vətəndaşların müraciəti və sıxlığı yarana bilər. Ona görə bunu aidiyyəti dövlət qurumu ilə tənzimləməyə çalışdıq. Bu gün əsas yük poçt şöbələrinin üzərinə düşüb”.
S.Babayev hesab edir ki, ən geci mayın ilk həftəsinə qədər bütün vəsaitlər vətəndaşlara çatdırılacaq: “İkinci ödənişin böyük hissəsi də köçürmə yolu ilə həyata keçsə, işlər daha sürətli ola bilər”.