Ötən il DƏMX-yə daha çox hansı sahələrdən müraciətlərin daxil olduğu müəyyənləşib
Sosial müdafiə
- 15 yanvar, 2025
- 10:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il müraciətlər daha çox ictimai iaşə, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, nəqliyyat, emal və digər sahələrə aid olub.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) məlumat verilib.
Bildirilib ki, quruma daxil olan 23 min 222 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb, bununla yanaşı, 19 min 496 sorğu və məktuba baxılıb.
Dövlət Xidmətinin rəhbər vəzifəli şəxsləri və əməkdaşlarının fərdi qaydada qəbul etdiyi vətəndaşların sayı isə 11 min 335 nəfər olub.
Hər bir müraciətin qanunvericiliyin tələbləri əsasında cavablandırılması, sorğu xarakterli müraciətlərə izahatların verilməsi təmin edilib.
Son xəbərlər
07:17
Braziliya kəşfiyyatı 31 iri cinayətkar təşkilatı aşkarlayıb
Digər ölkələr
06:43
Donald Tramp: ABŞ İranda rejim dəyişikliyinə can atmır
Digər ölkələr
06:08
Tramp: Yanvarın sonunadək İrana qarşı hərbi əməliyyatlar üçün vəsait mövcuddur
Digər ölkələr
05:39
"Real" qələbə seriyasını on matça çatdırıb
Futbol
05:22
ABŞ-də hərbi bazada kütləvi qətldə ittiham olunan şəxs edamın təxirə salınmasını istəyir
Digər ölkələr
04:54
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
Digər ölkələr
04:12
Britaniya və Ukrayna birlikdə hücum dronları istehsal edəcəklər
Digər ölkələr
03:41
Tramp: İranın raket zərbələri endirmək imkanları məhduddur
Digər ölkələr
03:07
SEPAH rəhbəri: İran raketlərinin uçuş məsafəsində məhdudiyyəti yoxdur
Region