​Ötən il Azərbaycanda pensiyanın düzgün hesablanmaması ilə bağlı şikayətlərin sayı açıqlanıb

​Ötən il Azərbaycanda pensiyanın düzgün hesablanmaması ilə bağlı şikayətlərin sayı açıqlanıb Müvəkkilin aidiyyəti üzrə müdaxiləsindən sonra məsələ öz həllini tapıb
Sosial müdafiə
26 Fevral , 2016 12:09
​Ötən il Azərbaycanda pensiyanın düzgün hesablanmaması ilə bağlı şikayətlərin sayı açıqlanıb

Bakı. 26 fevral. REPORT.AZ/ Ötən il insan hüquqları üzrə müvəkkilə sosial təminat hüququnun pozulması ilə bağlı 1 225 müraciət daxil olub.

"Report"un məlumatına görə, bu barədə "Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində bildirilir.

Məruzədə qeyd olunub ki, daxil olan müraciətlər araşdırılıb və təmin edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması və pozulmuş hüquqların bərpası istiqamətində bir sıra tədbirlər görülüb.

Şikayətlərdə təyin olunmuş pensiyanın düzgün hesablanmaması, o cümlədən pensiya hesablanarkən iş stajının müəyyən dövrünün nəzərə alınmaması, əmək pensiyasına əlavələrin hesablanmaması kimi hallar öz əksini tapıb ki, Müvəkkilin aidiyyəti üzrə müdaxiləsindən sonra məsələlər öz həllini tapıb.

Şikayətlər üzrə araşdırmalardan sonra vətəndaşların sosial təminat hüququnun digər aspektləri, o cümlədən cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik pul müavinətinin verilməsi ilə bağlı problemlər də öz həllini tapıb, pozulmuş hüquqlar bərpa edilib.

Son xəbərlər

Orphus sistemi