Bakı. 19 yanvar. REPORT.AZ/
Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu da 2017-ci ilə nisbətən 8,1% çoxdur.
İşlə təmin edilənlərin 14700 nəfəri gənclər, 549 nəfəri əlilliyi olan şəxslər, 17879 nəfəri qadınlar, 2686 nəfəri məcburi köçkünlər və başqaları olub.
Ötən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər təşkil edib. Onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub.
Həmin şəxslərdən 1309 nəfərini qadınlar, 1255 nəfərini məcburi köçkünlər, 816 nəfərini ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 1026 nəfərini gənclər, 158 nəfərini şəhid ailəsi üzvləri, 913 nəfərini əlilliyi olan şəxslər və b. təşkil edilib.
Ötən il həmçinin dövlət məşğulluq orqanları tərəfindən 1022 nəfərin ödənişli ictimai işlərə cəlb edilməsi təmin olunub.