Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçiriblər

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçiriblər Bakı. 30 mart. REPORT.AZ/ Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Daxili Qoşunların və Mülki Müdafiə Qoşunlarının Bakı şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.
Sosial müdafiə
30 Mart , 2018 14:49
Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçiriblər

Bakı. 30 mart. REPORT.AZ/ Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Daxili Qoşunların və Mülki Müdafiə Qoşunlarının Bakı şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.

Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, hərbi qulluqçular üçün yaradılan xidmət şəraiti, habelə komandirlərin şəxsi heyətə münasibəti, həmçinin qidanın keyfiyyəti və müalicə işinin təşkili müsbət qiymətləndirilib.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda, eyni zamanda Azərbaycan konstitusiyasının 56-cı maddəsində qeyd olunmuş seçki hüququ və Seçki Məcəlləsində hərbi qulluqçularla bağlı əks olunan maddələr əsasında söhbətlər aparıb, çoxsaylı sualları cavablandırıblar. Onlar ölkədə hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıblar.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib.

Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi