Nazir: "Vətəndaşların bütün müraciətləri operativ və obyektiv cavablandırılır"

Nazir: "Vətəndaşların bütün müraciətləri operativ və obyektiv cavablandırılır" Kollegiya bir sıra Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında dəyişiklik edib
Sosial müdafiə
18 Dekabr , 2018 15:43
Nazir: Vətəndaşların bütün müraciətləri operativ və obyektiv cavablandırılır
0 : 00
0 : 00

Bakı. 18 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası növbəti iclasını keçirib. 

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, xidmət sahələrində vətəndaş məmnunluğuna nail olunması Prezident İlham Əliyevin dövlət qurumları qarşısında müəyyən etdiyi vəzifələrdəndir. Bu vəzifəyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində vətəndaş müraciətlərinə diqqət və qayğı ilə yanaşılmasına, onların müraciətlərində qaldırılan məsələlərin qanunvericilik çərçivəsində obyektiv və ədalətli həllinin təmin olunmasına xüsusi diqqət yetirilir.

Nazir qeyd edib ki, hər iş günü nazirliyin qəbul otağında vətəndaşların qəbulu həyata keçirilir. Həmçinin təsdiq edilmiş müvafiq qəbul cədvəlləri əsasında nazir və nazirliyin digər rəhbər vəzifəli şəxsləri tərəfindən nazirlikdə və bölgələrdə vətəndaşlar fərdi qaydada qəbul olunurlar. Digər tərəfdən, vətəndaşların nazirliyə müraciət imkanları genişlənib, onlar öz müraciətlərini poçt vasitəsilə məktub yazaraq, 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq, yaxud [email protected] elektron ünvana, yaxud nazirliyin sosial şəbəkələrdəki səhifələrinə edə bilərlər. Bütün müraciətlər operativ və obyektiv cavablandırılır.

İclasda vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması sahəsində görülən işlər, onların nəticələri müzakirə olunub.

İclasda ayrı-ayrı sahələr üzrə qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına dəyişiklik edilməsi məsələləri də nəzərdən keçirilib. Bir sıra sahələr üzrə qulluqçu vəzifələrin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına dəyişiklik edilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi