Yuxarı

Nazir: "Məşğulluq Konsepsiyasının hazırlanması üçün 21 qurumun nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb"

Konsepsiyanın prioritet istiqamətləri də müəyyən olunub

Bakı. 8 fevral. REPORT.AZ/ "Məşğulluq Konsepsiyası 2016-2020-ci illəri əhatə edəcək və layihənin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq dövlət orqanlarının, sosial tərəfdaşların, qeyri-hökumət təşkilatlarının, ümumilikdə 21 qurumun nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb".  "Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, konsepsiya layihəsinin 3 ay müddətində hazırlanması nəzərdə tutulub. 

Nazir bildirib k, konsepsiyanın prioritet istiqamətləri də müəyyən olunub: "Bu istiqamətlər sırasında makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, infrastruktur layihələrində və dövlət investisiya xərclərində məşğulluq amilinin formalaşdırılması, demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi daxildir. Həmçinin rəqabətə davamlı kadr potensialının yaradılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, sosial məsuliyyətin artırılması və sosial tərəfdaşlığın inkişaf etdirilməsi və digər prioritet istiqamətlər yeni konsepsiyada əhatə olunacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi