Nazir Anar Əliyev Xaçmazda vətəndaşları qəbul edəcək
Sosial müdafiə
- 05 may, 2025
- 10:07
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mayın 16-da Xaçmaz rayonunda Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, qəbul zamanı vətəndaşların ƏƏSMN-nin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 5 - 7 may tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Son xəbərlər
18:14
"Formula 1": 2026-cı il mövsümündə ən çox gəlir əldə edəcək pilotların siyahısı açıqlanıb
Formula 118:08
Aİ ilə Türkiyə arasında regional gündəlik və Gömrük İttifaqı sazişinin yenilənməsi müzakirə ediləcək
Digər ölkələr18:00
WUF13-ə hazırlıq çərçivəsində "UN-Habitat"ın texniki missiyası Bakıya səfər edib
İnfrastruktur17:57
Peskov: Rusiya ABŞ ilə strateji hücum silahları haqqında müqavilə üzrə dialoqa hazırdır
Region17:52
Qərbi azərbaycanlılara məxsus abidələr, müqəddəs yerlərin bərpası gündəmə gəlməlidir - RƏY
Daxili siyasət17:52
Aqrar Xidmətlər Agentliyi ötən il 1 000-dən çox cərimə protokolu tərtib edib
ASK17:46
Samir Şərifov: "Zəngəzur dəhlizi ilə 2040-cı ilə qədər 865 min TEU yük ötürülə bilər"
İnfrastruktur17:35
Zelenski: Polşa ilə dron və digər silahların birgə istehsalına hazırlaşırıq
Digər ölkələr17:32