Naxçıvanda sığortaolunanların sayı 174 min 414 nəfərə çatıb

Naxçıvanda sığortaolunanların sayı 174 min 414 nəfərə çatıb Bu ilin 5 ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublikada yeni əmək fəaliyyətinə başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması üçün müvafiq işlər görülüb.
Sosial müdafiə
31 May , 2019 23:59
Naxçıvanda sığortaolunanların sayı 174 min 414 nəfərə çatıb

Bu ilin 5 ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublikada yeni əmək fəaliyyətinə başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması üçün müvafiq işlər görülüb.

"Report" xəbər verir ki, Fond tərəfindən 2105 nəfər yeni əmək fəaliyyətinə başlayan sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. 

Bunlardan 664-ü dövlət müəssisə və təşkilatlarında, 708-i isə özəl müəssisədə çalışanlar, 727-si fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər, 6-sı isə torpaq mülkiyyətçisi olub. Nəticədə, fondun orqanlarında fərdi uçot sistemində qeydiyyata alınaraq sosial sığorta şəhadətnaməsi ilə təmin edilmiş sığortaolunanların sayı 174 min 414 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi