Mərkəz rəhbəri: “Ulu öndər Heydər Əliyev uşaqların ən böyük himayədarı idi”

Mərkəz rəhbəri: “Ulu öndər Heydər Əliyev uşaqların ən böyük himayədarı idi” “Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstə
Sosial müdafiə
10 May , 2022 11:00
Mərkəz rəhbəri: “Ulu öndər Heydər Əliyev uşaqların ən böyük himayədarı idi”

“Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi ulu öndərin daim diqqətində olub. Ümummilli lider deyirdi ki, uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".

Bunu "Report"a açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.

O qeyd edib ki, böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşaması ulu öndərin dövlət siyasətinin ən vacib istiqamətlərindən olub: "Təsadüfi deyil ki, Azərbaycan 1994-cü ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulub. Bu Konvensiyaya qoşulmaqla ölkəmiz uşaq hüquqlarına yüksək dəyər verdiyini, uşaqların ehtiyaclarının hərtərəfli təmin olunması istiqamətində addımlar atdığını bir daha təsdiqləyib.

Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında 1998-ci ildə Milli Məclisdə "Uşaq hüquqları haqqında", 1999-cu ildə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlar qəbul edilib. Ümummilli lider öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider tez-tez uşaqlar üçün təşkil edilən tədbirlərdə, bayram şənliklərində iştirak edir, onlarla ünsiyyətdə olurdu. Uşaqlar da ulu öndərlə hər bir görüşdən sonsuz coşqu, böyük ilham alırdılar.

Bu gün ulu öndər Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlaqının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılır. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həlli ilə bağlı vacib proqramlar reallaşdırılır. Xüsusilə valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə olunuan uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması daim diqqətdə saxlanılır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi isə Azərbaycan uşaqlarının həyatında yeni bir mərhələ başladıb. Artıq uşaqlarımız məcburi köçkün deyil və ailələrilə birgə öz doğma ata-baba yurdlarına qayıdışa hazırlaşırlar. Qarabağda və Şərqi Zəngəzurda aparılan sürətli bərpa-quruculuq işləri azad edilmiş ərazilərimizdə tezliklə xoşbəxt uşaq gülüşlərinin eşidiləcəyinə əsas yaradır. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və onların övladlarına göstərdikləri diqqət və qayğı isə hər kəs üçün örnək və nümunədir".

Son xəbərlər

Orphus sistemi