Lənkəranda çoxmərtəbəli yaşayış binalarının həyəti abadlaşdırılır

Lənkəranda çoxmərtəbəli yaşayış binalarının həyəti abadlaşdırılır Əhalinin geniş məskunlaşdığı ərazilərdə abdlıq-quruculuq işlərinin genişləndirilməsi və vətəndaş məmnunluğunun təmin olunması ilə əlaqədar sakinlərin istək və arzularına uyğun olaraq Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni sosial layihələrin icrası
Sosial müdafiə
1 Mart , 2022 16:32
Lənkəranda çoxmərtəbəli yaşayış binalarının həyəti abadlaşdırılır

Əhalinin geniş məskunlaşdığı ərazilərdə abadlıq-quruculuq işlərinin genişləndirilməsi və vətəndaş məmnunluğunun təmin olunması ilə əlaqədar sakinlərin istək və arzularına uyğun olaraq Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni sosial layihələrin icrasına başlanılıb.

Bu barədə "Report"a Lənkəran ŞİH-dən məlumat verilib.

Məlumatda bildirilib ki, tərtib olunmuş tədbirlər planına uyğun olaraq Lənkəran şəhərində və rayonun ayrı-ayrı yaşayış məskənlərində yeni sosial layihələrin icrası ilə bağlı işlərə başlanılıb.

Şəhərdə çoxmərtəbəli yaşayış binalarının həyətləri abadlaşdırılır, istirahət guşələri, uşaq əyləncə meydançaları yaradılır, küçə və səkilərdə, yol kənarlarında təmir-bərpa işləri görülür və yaşıllıq zolaqları genişləndirilir.

Bundan başqa Lənkəran şəhərində əhalinin sıx yaşadığı mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binalarının həyəti abadlaşdırılaraq yenidən qurulub və sakinlərin istifadəsinə verilib.

Həyətdə sakinlərin vaxtlarını səmərəli keçirilmələri üçün istirahət güşələri yaradılıb, uşaqlar üçün yelləncək və müxtəlif atraksionlar quraşdırılıb, eyni zamanda oyun meydançası yaradılıb.

Fevralın 28-də yeni həyətin istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov, idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə sakinlərlə görüşən icra başçısı onların maddi-məişət qayğıları, istək və arzuları ilə yaxından maraqlanıb. Bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı tapşırıqlarının icrasına xidmət edir.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevanın minnətdarlıq ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi