Lənkəranda “Açıq mikrofon” günü keçiriləcək

Lənkəranda “Açıq mikrofon” günü keçiriləcək Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yerli sakinlər üçün “Açıq mikrofon” adlı görüş keçirəcək.
Sosial müdafiə
164
6 Noyabr , 2019 17:00
Lənkəranda “Açıq mikrofon” günü keçiriləcək

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yerli sakinlər üçün “Açıq mikrofon” adlı görüş keçirəcək. 

“Report”un məlumatına görə, bu barədə Lənkəran ŞİH-nin rəsmi saytında məlumat dərc edilib. 

Məlumatda bildirlir ki, görüşdə iştirak etmək sərbəstdir: “12 noyabr 2019-cu il tarixdə, saat 15.00-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun iştirakı ilə şəhər sakinləri ilə “Açıq mikrofon” adlı görüş keçiriləcək. Görüşdə sakinlər arzu və təkliflərini sərbəst səsləndirə bilər, onları narahat edən məsələlər barədə birbaşa icra hakimiyyətinin başçısına müraciət edə biləcəklər.” 

İcra hakimiyyətindən “Report”a bildirilib ki, icra başçısının və onun müavinlərinin rəsmi qəbul günlərindən kənar olmaqla ayda bir dəfə görüş keçiriləcək: “Açıq mikrofon” görüşündə icra başçısı T.Qaraşov, Lənkəran ŞİH-in məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak edəcək". 

Qeyd edək ki, bu təşəbbüs Prezident İlham Əliyevin tapşırıq və xəbərdarlığına əsasən, rayon və şəhərlərdə sakinlərin yerli icra orqanlarında süründürməçilik hallarının qarşısını almaq üçün həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi