Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Laçında ilk dəfə olaraq əmək yarmarkası təşkil olunub.
"Report"un xəbərinə görə, Laçın şəhərindəki 2 saylı tam orta məktəbdə keçirilən aktiv məşğulluq tədbiri şəhərə köçürülən sakinlər üçün təşkil edilib.
Yarmarkada əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Qonaqlar yarmarkada təqdim olunan vakansiyalarla tanış olub, işəgötürənlərlə söhbət ediblər.
Əmək yarmarkasında müxtəlif sektorlardan olan və Laçında fəaliyyət göstərən 16 müəssisə üzrə 200-ə yaxın vakansiya təqdim edilib. Aktiv məşğulluq tədbirində iştirak edən şəxslər işğaldan azad olunan ərazilərdəki vakansiyalar haqqında məlumatlar əldə edib, uyğun iş yerləri üzrə müraciət etmək imkanı qazanıblar. Həmçinin iştirakçılara Agentliyin aktiv məşğulluq tədbirləri ilə bağlı da məlumat verilib.
Yarmarkanın keçirilməsində əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin məşğulluğunu təmin etmək, işsiz və iş axtaran şəxslərlə işəgötürənlər arqsında əlaqə yaratmaaq və işəgötürənlərin ixtisaslı kadr tapmalarına dəstək olmaqdır.
Bu cür tədbirlərin işğaldan azad olunan və köçün baş tutduğu digər ərazilərdə də keçirilməsi nəzərdə tutulub.
Laçın şəhərində ilk dəfə əmək yarmarkası keçirilir.
"Report"un hazırda Laçında olan əməkdaşının verdiyi xəbərə görə, yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil edilib.
Məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 16 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən artıq vakansiya təqdim olunub.
Tədbirin keçirilməsində əsas məqsəd Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirləri davam etdirilməsidir.
Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilir, uyğun namizədlərin qeydiyyatı aparılır. Həmçinin, iştirakçılara Agentliyin aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilir.