İşğaldan azad edilən Füzuli şəhərində ilk dəfə əmək yarmarkası keçirilib - YENİLƏNİB

İşğaldan azad edilən Füzuli şəhərində ilk dəfə əmək yarmarkası keçirilib - YENİLƏNİB İşğaldan azad edilən Füzuli şəhərində ilk dəfə əmək yarmarkası keçirilib.
Sosial müdafiə
17 Noyabr , 2023 14:30
İşğaldan azad edilən Füzuli şəhərində ilk dəfə əmək yarmarkası keçirilib - YENİLƏNİB

mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərində əmək yarmarkası təşkil olunub. Bu, işğaldan azad edilən ərazilərimizdə keçirilən ilk əmək yarmarkasıdır.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə keçirilən aktiv məşğulluq tədbiri şəhərə köçürülən sakinlər üçün təşkil edilib. Dövlət və özəl sektordan olan və Füzulidə fəaliyyət göstərən 20 işəgötürənin iştirak etdiyi tədbirdə müxtəlif istiqamətlər üzrə 200-ə yaxın vakansiya təqdim edilib.

Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin, iştirakçılara Agentliyin aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.

Daha sonra yarmarkada iştirak edən işəgötürənlərlə işğaldan azad edilmiş ərazilərdə görülən işlər və birgə əməkdaşlıq məsələlərinin müzakirəsinə dair görüş keçirilib. İşəgötürənlərə Agentliyin fəaliyyəti, məşğulluq tədbirləri, Füzuliyə köçürülən sakinlərin məşğulluqlarının təmini istiqamətində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, artıq şəhərə köçürülən 258 ailənin üzvlərinin məlumatları təhlil olunub, əmək qabiliyyətli şəxslərin məşğulluq imkanları qiymətləndirilib və məşğulluq tədbirlərinə cəlbinə başlanılıb. Artıq 73 nəfər münasib işlə təmin edilib, 20 nəfər özünüməşğulluq proqramına cəlb edilib və daha 150-dək sakinin məşğulluğunun təmini üçün işlər aparılır.

Görüşdə Agentliyin işəgötürənlərə yönəlik dəstək tədbirlərindən danışılıb, azad olunan ərazilərimizə köçürülən şəxslərin məşğulluğunun təminatı üçün işəgötürənlərlə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

11:38

İşğaldan azad edilən Füzuli şəhərində ilk dəfə əmək yarmarkası keçirilir.

"Report"un Qarabağ bürosu xəbər verir ki, yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı və Qarabağ İqtisadi Rayonuna daxil olan İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə baş tutur.

Əmək yarmarkasına özəl və dövlət qurumlarının 20 müəssisəsindən 200-ə yaxın vakansiya çıxarılıb. Yarmarka Füzuliyə köçürülən şəxslərin işlə təminatı məqsədilə təşkil edilib.

Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının müdiri Babək Tağıyev bildirib ki, Füzuli şəhərinə köçürülən sakinlərin işlə təminatında müsbət nəticələr var: "Bu vaxta qədər Füzuli şəhərinə köçürülən sakinlərdən 73 nəfəri işlə təmin edilib, 20 nəfər isə özünüməşğulluq proqramına cəlb olunub. 150-yə yaxın sakinin məşğulluq proseslərinə cəlb olunması üçün tədbirlər görülüb".

Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində bu günə qədər Füzuli şəhərinə 258 ailə - 928 nəfər köçürülüb.

Son xəbərlər

Orphus sistemi