Danimarka parlamenti ABŞ-nin Qrenlandiyadakı hərbi mövcudluğunu genişləndirən müqaviləni təsdiqləyib

Digər ölkələr
  • 19 noyabr, 2026
  • 14:03
Danimarka parlamenti ABŞ-nin Qrenlandiyadakı hərbi mövcudluğunu genişləndirən müqaviləni təsdiqləyib

Danimarka parlamenti Vaşinqtonla ABŞ-nin hərbi mövcudluq imkanlarını genişləndirən təhlükəsizlik sazişini təsdiqləyib.

Bu barədə "Report" xarici mediaya istinadən xəbər verir.

Sazişin ratifikasiyasının lehinə 109 deputat səs verib. Sənədin əleyhinə səs verən qeydə alınmayıb.

ABŞ, Danimarka və Qrenlandiya sentyabrın 22-də Birləşmiş Ştatların adadakı hərbi mövcudluğu imkanlarını genişləndirən saziş imzalayıb. Sənəd Qrenlandiyanın müdafiəsinə dair 1951-ci ildən qüvvədə olan sazişi tamamlamaqla adanın cənubundakı Narsarsuakda və şərqindəki Mestersviqdə yeni hərbi obyektlərin yaradılmasını nəzərdə tutur.

Qrenlandiya parlamenti daha əvvəl Danimarkanın iştirakı ilə Donald Tramp administrasiyası ilə əldə edilmiş təhlükəsizlik sazişini ratifikasiya edib.

44 filmi