İlin 10 ayında məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı məlum olub

İlin 10 ayında məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı məlum olub Ailə, Qadın və Uşaq Problemi üzrə Dövlət Komitəsinə 2024-cü ilin 10 ayı ərzində məişət zorakılığı ilə bağlı 486 müraciət daxil olub.
Sosial müdafiə
6 Dekabr , 2024 18:14
İlin 10 ayında məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı məlum olub

Ailə, Qadın və Uşaq Problemi üzrə Dövlət Komitəsinə 2024-cü ilin ilk 10 ayı ərzində məişət zorakılığı ilə bağlı 486 müraciət daxil olub.

Bunu "Report"a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova deyib.

O bildirib ki, son illərdə aparılan intensiv fəaliyyət və maarifləndirmə sayəsində Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı artıb:

"Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 2023-cü il ərzində 560, 2024-cü ilin ilk 10 ayı ərzində 486 müraciət daxil olub. Məişət zorakılığına məruz qalanların 38-i kişi, 430-u qadın, 364-ü uşaq, 6-sı əlil, 3-ü ahıl olub".

İ.Məmmədova, həmçinin qeyd edib ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində "860" saylı dəstək xəttinə 2024-cü ilin ilk 9 ayı ərzində 221 müraciət daxil olub. Onlardan 187-i qadın, 34-ü kişi olub.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi