Yuxarı

Hicran Hüseynova Göyçayda vətəndaş qəbulu keçirəcək

Hicran Hüseynova Göyçayda vətəndaş qəbulu keçirəcək

Bakı. 25 fevral. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova martın 1-də Göyçay rayonunda vətəndaş qəbulu keçirəcək. 

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. 

Qəbulda Ağdaş, Kürdəmir, Ucar, Zərdab, Göyçay rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.

Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

Görüş çərçivəsində Göyçay rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi