Hicran Hüseynova: "Azərbaycanda insan hüquqlarının qorunması üçün güclü komanda yaranıb"

Hicran Hüseynova: "Azərbaycanda insan hüquqlarının qorunması üçün güclü komanda yaranıb" Bakı. 20 iyun. REPORT.AZ/ İnsan hüquqları hər bir dövlət qurumunun işində ən vacib məsələlərdən biridir.
Sosial müdafiə
20 İyun , 2018 12:49
Hicran Hüseynova: Azərbaycanda insan hüquqlarının qorunması üçün güclü komanda yaranıb
Ailə, Qadın­ və Uşaq Problemləri ­üzrə Dövlət Komitəsin­in sədri Hicran Hüseynova / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ "İnsan hüquqları hər bir dövlət qurumunun işində ən vacib məsələlərdən biridir".

“Report” xəbər verir­ ki, bunu Ailə, Qadın­ və Uşaq Problemləri ­üzrə Dövlət Komitəsin­in sədri Hicran Hüseynova “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda ­Ombudsmanların­ XV B­akı Beynəlxalq ­Konfr­ansında deyib.

Onun sözlərinə görə, Azərbaycanda qısa müddətdə insan hüquqlarının qorunması üçün güclü komanda yaranıb: "Gender bərabərliyi bu gün ən vacib məsələlərdən biridir. Ölkənin vətəndaşlarının yarıdan çoxunu qadınlar təşkil edirsə, onların hüquqlarının müdafiəsinin gücləndirilməsi əsas məsələlərdən biri olmalıdır".

H.Hüseynova bildirib ki, Azərbaycanda qadınların fəaliyyətinin hiss olunmadığı sahə yoxdur: "Bu onu göstərir ki, qadınların fəaliyyəti ildən-ilə artır. Hələ Azərbaycan qadınlarının fəaliyyət göstərəcəyi və inkişaf edəcəyi çox yer var".

Son xəbərlər

Orphus sistemi