Goranboyda əsgər ailəsi üçün heyvandarlıq təsərrüfatı yaradılır

Goranboyda əsgər ailəsi üçün heyvandarlıq təsərrüfatı yaradılır Goranboy rayonu, Xoylu kənd sakini Həsənov Vüsal Elbrus oğlu ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən qəhrəmanlarımızdan biridir. Hazırda da hərbi xidmətini davam etdirir.
Sosial müdafiə
27 Dekabr , 2020 12:27
Goranboyda əsgər ailəsi üçün heyvandarlıq  təsərrüfatı yaradılır

Goranboy rayonu, Xoylu kənd sakini Həsənov Vüsal Elbrus oğlu ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən qəhrəmanlarımızdan biridir. Hazırda da hərbi xidmətini davam etdirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən "Report"a bildirilib ki, Vüsalgilin ailəsi 3 nəfərdən ibarətdir: özü, anası və qardaşı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları əsgərin anası və qardaşı ilə görüşüb, ailənin yaşayış vəziyyətini öyrəniblər.

Vüsalın anası evdar qadındır və işləmək istəmir. Qardaşı 21 yaşlı Röyal isə anasını evdə tək qoyub işə çıxmaq istəməsə də, iribuynuzlu heyvandarlıq üzrə özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib.

Onun istəyi nəzərə alınaraq qeydiyyatı aparılıb və özünüməşğulluq proqramı çərçivəsində yaxın günlərdə ailə üçün heyvandarlıq təsərrüfatı qurulacaq.

Son xəbərlər

Orphus sistemi