"DOST mərkəzinin yarandığı ilk günlərdən bu prosesdə Avstriyanın təcrübəsindən istifadə olunub".
"Report" xəbər verir ki, bunu əmək bazarı üzrə ekspert Dr. Manuela Hargassner Delpos “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, məhz bu istiqamətdə sosial xidmətlər sahəsində xeyli uğurlar əldə edilib: "Sənədləşdirmə işi daha sadələşdirilmiş formada idarə oluna bilir. İxtisaslı kadrların seçilməsində bizim sistem tam olaraq çalışır. Hazırda daha çox səriştəli işçilərə ehtiyac duyulur. Sosial xidmət sahəsi şirkət daxilində təlimlər keçirə bilər. Rəqəmsal bacarıqlarla bağlı proqramlar hazırlayırıq".
Dövlət Əmək Müəfəttişliyi Xidməti rəisinin müavini, panelin moderatoru Nərmin Mirzəyeva isə Avstriya təcrübəsinin öyrənilməsinin onlar üçün daha uğurlu olacağını vurğulayıb.