Dövlət Komitəsinin sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”

Dövlət Komitəsinin sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim” “Bu gün televiziyalardakı sosial verilişlərdə insanların şəxsi həyatları açıq-aşkar efirə verilir”.
Sosial müdafiə
29 Mart , 2023 10:41
Dövlət Komitəsinin sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”
Sədaqət Qəhrəmanova

“Bu gün televiziyalardakı sosial verilişlərdə insanların şəxsi həyatları açıq-aşkar efirə verilir”.

“Report”un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları” adlı təlimdə deyib.

O bildirib ki, bəzi televiziyalarda yayımlanan verilişlərdə hadisənin qarşısını almaq əvəzinə problem reytinq xətrinə və kanalın özünə sərf edən formada təqdim olunur.

S.Qəhrəmanova bu yaxınlarda belə hadisəyə görə televiziyalardan birində yayımlanan verilişə zəng etdiyini söyləyib: “Mən efirə zəng vurub biabırçılığı dayandırmağı tələb etdim. Axı məsələni bu formada ictimailəşdirmək insanın şəxsi həyatına müdaxilədir”.

Son xəbərlər

Orphus sistemi