Dövlət Komitəsi müvəqqəti baxılması üçün dayəyə verilən azyaşlının valideynlərinin axtarışına başlayıb

Dövlət Komitəsi müvəqqəti baxılması üçün dayəyə verilən azyaşlının valideynlərinin axtarışına başlayıb Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda müvəqqəti baxılması üçün dayəyə verilən azyaşlı qızla bağlı araşdırmalara başlayıb.
Sosial müdafiə
19 Oktyabr , 2021 17:17
Dövlət Komitəsi müvəqqəti baxılması üçün dayəyə verilən azyaşlının valideynlərinin axtarışına başlayıb

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda müvəqqəti baxılması üçün dayəyə verilən azyaşlı qızla bağlı araşdırmalara başlayıb.

Bunu "Report"un sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

Onun sözlərinə görə, azyaşlı sığınacağa yerləşdirilib və onun valideynlərinin tapılması istiqamətində aidiyyəti qurumlarla birlikdə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlının anası tərəfindən müvəqqəti baxılması üçün dayəyə təhvil verildiyi barədə məlumatlar yayılıb.

Qeyd olunub ki, 8 gün ərzində uşağı dayəyə verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Dayə azyaşlının valideyni ilə əlaqə saxlamağa çalışsa da, onun anasının telefonuna zəng çatmayıb.

Xatırladaq ki, bundan əvvəl də iki analoji hadisə baş verib. Belə ki, oktyabrın əvvəllərində Sumqayıtda 2 yaşlı uşaq valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verilib və sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Daha sonra Dövlət Komitəsinin araşdırmaları nəticəsində azyaşlının valideyni tapılıb. Bir neçə gün əvvəl isə küçədə aşkarlanan uşağın da anası tapılıb və uşaq özü isə müalicə üçün tibb müəssisəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi