​Dövlət başçısı: "Süni şəkildə iş yerləri yaradılır, sonra o maaş onun-bunun cibinə gedir"

​Dövlət başçısı: "Süni şəkildə iş yerləri yaradılır, sonra o maaş onun-bunun cibinə gedir" "Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq"
Sosial müdafiə
12 Yanvar , 2016 02:28
​Dövlət başçısı: Süni şəkildə iş yerləri yaradılır, sonra o maaş onun-bunun cibinə gedir

Bakı. 12 yanvar. REPORT.AZ/ "Struktur islahatları mütləq aparılmalıdır. Bəzi hallarda süni şəkildə iş yerləri yaradılır. Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında bildirib.

Dövlət başçısı bildirib ki, bu il struktur layihələri aparılmalıdır:

"Bu il biz struktur islahatları aparmalıyıq. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz.

Struktur islahatları mütləq aparılmalıdır. Bəzi hallarda süni şəkildə iş yerləri yaradılır. Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Buna son qoyulmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaqdır".

Son xəbərlər

Orphus sistemi