Deputat: “Əlilliklə bağlı sosial narazılıqları yerinə yetirmək üçün dəyişikliklərin edilməsi vacibdir”

Deputat: “Əlilliklə bağlı sosial narazılıqları yerinə yetirmək üçün dəyişikliklərin edilməsi vacibdir” “Əlilliklə bağlı yaranan sosial narazılıqları yerinə yetirmək üçün bir sıra dəyişikliklərin edilməsi vacibdir. Əlillərin işlə təmin edilməsi vacibdir”.
Sosial müdafiə
205
11 İyun , 2021 12:25
Deputat: “Əlilliklə bağlı sosial narazılıqları yerinə yetirmək üçün dəyişikliklərin edilməsi vacibdir”
Əli Məsimli

“Əlilliklə bağlı yaranan sosial narazılıqları yerinə yetirmək üçün bir sıra dəyişikliklərin edilməsi vacibdir. Əlillərin işlə təmin edilməsi vacibdir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Bir rəqəmə görə 7 min, digər rəqəmə görə isə 17 min saxta əllilik müəyyən edilib. Görməzliyə, eşitməzliyə vurmaq demək o deyil ki, saxta əlillik ləğv edilən zaman həqiqi əlilliyi olan şəxslərin də hüquqları tapdalanıb. Qanun qəbul edildikdən sonra malliyə tutumu nə qədər olacaq? Bu və digər suallara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavab versə bilərik ki, bu qənaətlə bağlıdır, ya yox”, - deputat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi