Bu il 150 uşaq övladlığa verilib

Bu il 150 uşaq övladlığa verilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 150 uşaq övladlığa verilib. Onlardan 79-u oğlan, 71-i qızdır.
Sosial müdafiə
29 Avqust , 2022 10:49
Bu il 150 uşaq övladlığa verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 150 uşaq övladlığa verilib. Onlardan 79-u oğlan, 71-i qızdır.

Nazirlikdən "Report"a bildirilib ki, övladlığa götürülmüş uşağın 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə ailədəki vəziyyəti, inkişaf səviyyəsinin öyrənilməsi üçün monitorinqlər aparılır. Bu il də 771 uşağın övladlığa verildiyi ailələrdəki vəziyyəti monitorinq edilib.

1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra övladlığagötürmə sahəsində elektron infrastruktur üzərində yeni müasir idarəetmə sistemi yaradılıb. Həmin vaxtdan 152-si oğlan, 146-sı qız olmaqla 298 uşaq övladlığa verilib.

Bu il həmçinin reinteqrasiya tədbirləri nəticəsində 73 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışına nail olunub.

İngilis versiyası 150 children adopted in 2022

Son xəbərlər

Orphus sistemi