Bu gün Ələddin Sultanovun 90 illik yubileyidir

Bu gün Ələddin Sultanovun 90 illik yubileyidir Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Ələddin Sultanovun yubileyidir.
Sosial müdafiə
31 İyul , 2018 14:21
Bu gün Ələddin Sultanovun 90 illik yubileyidir
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Ələddin Sultanovun yubileyidir.

"Report" xəbər verir ki, Ə.Sultanovun 90 yaşı tamam olur.

Tanınmış hüqquqşünas Ələddin Camal oglu Sultanov 1928-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə şəhərinin M.Ə.Sabir adına 5 saylı məktəbində alıb. 1947-52-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb və adı çəkilən Universitetinin hüquq fakultəsinin ilk məzunlarında olub.

Ə.Sultanov 90 illik həyatının 63 ilini hüquq elminə və Azərbaycan Respubliksasının hüquq mühafizə orqanlarına həsr edib. Belə ki, Sovetlər Dövründə Naxıçıvan Muxtar Respublikasının Prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun 1-ci müavini vəzifələrində çalışıb. General-mayor ali xüsusi rütbəsindədir. 1998-ci ildə müasir ulu öndər Heydər Əliyevin təqdimatı əsasında, Ə.Sultanov Azərbaycan Respubliksası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə Milli Məclis tərəfindən təsdiqlənib.

Hüquq mühafizə orqanlarında işdədiyi dövrdə SSRİ Mərkəzi Komitənin Birinci katibi L.Brejnev tərəfindən “Xalqlar Dostluqu” ordeni ilə, ümummilli lider Heydər Əliyev tərəfindən “Tərəqqi”, Prezident İlham Əliyev tərəfindən isə “Şöhrət” ordeni ilə təltif olunub. Evlidir, 4 övladı var.

Son xəbərlər

Orphus sistemi