BMT rəsmisi könüllü icmaların yaradılması istiqamətində fəaliyyətinə görə Azərbaycana təşəkkür edib

BMT rəsmisi könüllü icmaların yaradılması istiqamətində fəaliyyətinə görə Azərbaycana təşəkkür edib Bakı. 25 oktyabr. REPORT.AZ/ “BMT-nin 2030-cu ilə qədərki Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün biz üzərimizə yoxsulluğun aradan qaldırılması kimi bir sıra öhdəliklər götürmüşük”.
Sosial müdafiə
25 Oktyabr , 2018 16:43
BMT rəsmisi könüllü icmaların yaradılması istiqamətində fəaliyyətinə görə Azərbaycana təşəkkür edib
(ECOSOC prezidenti İnqa Rhonda Kinq / flickr
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ “BMT-nin 2030-cu ilə qədərki Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün biz üzərimizə yoxsulluğun aradan qaldırılması kimi bir sıra öhdəliklər götürmüşük”.

"Report" xəbər verir ki, bunu BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) prezidenti İnqa Rhonda Kinq Dayanıqlı İnkişafa dair Bakı Forumunda deyib.

Onun sözlərinə görə, son məqsədə çatmaq üçün indiyə qədər əldə edilən nailiyyətlər kifayət deyil: "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ölkələr əməkdaşlıq etməlidir, çoxtərəfli əməkdaşlıq səmərəli şəkildə həyata keçirilməlidir”.

Ölkələr tərəfindən könüllü icmaların yaradılması məsələsinə toxunan İ.Kinq bu istiqamətdə fəaliyyətinə görə Azərbaycana təşəkkür edib: “Azərbaycana təşəkkür edirik ki, 2017-ci ildə artıq belə bir könüllü icma təqdim etmişdi və 2019-cu ildə daha bir belə icma təqdim edəcək”.

O qeyd edib ki, DİM-lərin həyata keçirilməsi üçün qlobal əməkdaşlığa ehtiyac var.

“Bakıda keçirilən bu forum DİM-lərin həyata keçirilməsi üçün regional əməkdaşlığın gücləndirilməsi baxımından uğurlu platformadır. DİM-lərin həyata keçirilməsində heç kim kənarda qalmamalıdır. İstədiyimiz dünyanı yaratmaq üçün biz güclü olmalıyıq və birgə fəaliyyət göstərməliyik”, - deyə qonaq fikrini tamamlayıb. 

Son xəbərlər

Orphus sistemi