BMT-nin Əhali Fondu: Kişilərin sayının həddən artıq çoxalması Azərbaycanda bir çox mənfi proseslərə səbəb olacaq

BMT-nin Əhali Fondu: Kişilərin sayının həddən artıq çoxalması Azərbaycanda bir çox mənfi proseslərə səbəb olacaq Bakı. 19 oktyabr. REPORT.AZ/ Uşaqların cinsə görə seçilməsi problemi bizi çox narahat edir.
Sosial müdafiə
19 Oktyabr , 2018 10:51
BMT-nin Əhali Fondu: Kişilərin sayının həddən artıq çoxalması Azərbaycanda bir çox mənfi proseslərə səbəb olacaq
BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev / Report

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Uşaqların cinsə görə seçilməsi problemi bizi çox narahat edir".

"Report" xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Azərbaycanda Gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, əvvəllər yalnız Cənub-Şərqi Asiyada müşahidə edilən bu problem artıq Azərbaycan da daxil olmaqla bütün Cənubi Qafqaz və Şərqi Avropanın bir sıra ölkələrində özünü biruzə verir.

Baş müşavir bildirib ki, tədqiqatlar ailənin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, mövcud patriarxal münasibətlər sistemində valideynləri mütləq şəkildə oğlan övladına sahib olmağa vadar etdiyini göstərir: "Bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər".

F.Babayev əlavə edib ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir.

Mövcud problemin BMT-nin Əhali Fondunu narahat etdiyini vurğulayan qurum rəsmisi deyib ki, bu istiqamətdə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirilir: "Adıçəkilən layihənin qəbulu ilə Azərbaycanı “çatışmayan qızlar” fenomeninin yayıldığı ölkələrin siyahısından çıxararaq Cənubi Koreyadan sonra ikinci uğur hekayəsini yazmağa müvəffəq olacağıq".

Son xəbərlər

Orphus sistemi