Bakı. 29 iyul. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada təmir işləri davam edir. "Report"un əməkdaşı binaya baş çəkib, təmir işləri ilə tanış olub.
Binanı təmir edən "
Binanın iş icraçısı Gündüz Məmmədov "Report"a bildirib ki, binanın səkkiz mərtəbəsində yerləşən mənzillərin 60%-i hazırdır.
O deyib ki, rəngsaz işlərinin 80%-i görülüb: "Eyvanlarda alçipan işləri görülür. Parket işi başlanılıb, artıq bir hissəsi vurulub. Pəncərələr hissə-hissə gəlir. Gün ərzində 20-30 pəncərə qoyulur".
İş icraçısının sözlərinə görə, elektrik xətləri, su və kanalizasiya sistemi demək olar ki, tam çəkilib: "İndi avadanlıqları yerləşdirilir. Qaz sistemi yoxdur".
G.Məmmədov sentyabr ayının ortalarına binanın sakinlərə təhvil verilməli olduğunu da qeyd edib.
Foto: İsmayıl Nur