Bakı. 9 fevral. REPORT.AZ/ “Business Time” jurnalı tərəfindən Azərbaycanda hər il üçün müəyyən edilmiş sahələr üzrə ən yaxşı şirkətlərin seçildiyi “Azeri Business Award” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.
"Report" xəbər verir ki, "Baku Business Factory" ilin gənclərlə bağlı biznes təşəbbüsü nominasiyası üzrə ilin ən yaxşı şirkəti seçilib. Tədbirdə mükafat təşkilatın direktoru Prof.Dr.Əlövsət Müslümova təqdim edilib.
Qeyd edək ki, “Azeri Business Award” Milli Mükafatı Azərbaycanın aparıcı biznes nəşrlərindən biri olan “Business Time” jurnalı tərəfindən təsis olunub və hər il ilin ən yaxşı şirkətlərinə təqdim olunur.
“Baku Business Factory” sosial missiyalı biznes inkubasiya mərkəzidir. 2015-ci ilin may ayında təsis edilən təşkilatın əsas məqsədi biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi-texniki bazanı təmin etməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasına dəstək verməkdir. Şirkət yarandığı vaxtdan bu günə qədər, ümumilikdə, 400-dən çox müraciət qəbul etmişdir ki, hazırda onlardan 15 fərqli biznes layihəsi olmaqla 35 nəfəri “Baku Business Factory”nin xidmətlərindən yararlanırlar.
Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi
“Baku Business Factory” (BBF) şəhərin mərkəzində Nizami küçəsi 203 ünvanında, AF Business House-un 3-cü mərtəbəsində yerləşir. BBF-nin rəsmi saytı: