Bakıda küçədə gecələyən yeniyetmə Narkoloji Dispanserə yerləşdirilib

Bakıda küçədə gecələyən yeniyetmə Narkoloji Dispanserə yerləşdirilib Bakıda küçələrdə gecələyən və narkotik aludəçisi olduğu iddia edilən yeniyetmə Respublika Narkoloji Dispanserə yerləşdirilib.
Sosial müdafiə
15 Yanvar , 2022 17:18
Bakıda küçədə gecələyən yeniyetmə Narkoloji Dispanserə yerləşdirilib

Bakıda küçələrdə gecələyən və narkotik aludəçisi olduğu iddia edilən yeniyetmə Respublika Narkoloji Dispanserə yerləşdirilib.

Bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, həmin şəxsin 2007-ci il təvəllüdlü Ruslan Məmmədov olduğu müəyyənləşib.

T.Mərdanoğlu bildirib ki, Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində yeniyetmənin olduğu yer müəyyənləşdirilib və o, Respublika Narkoloji Dispanserə yerləşdirilib.

Dövlət Komitəsinin sözçüsü qeyd edib ki, R.Məmmədovun 15 gün müddətinə dispanserdə müayinə və müalicələrə cəlb olunmasına qərar verilib:

"Ruslan Məmmədov bundan əvvəl də dəfələrlə səhiyyə ocağına yerləşdirilib, lakin buna baxmayaraq o, tibb müəssisəsini tərk edib".

Son xəbərlər

Orphus sistemi