Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) təşkilatçılığı ilə “Biz birlikdə güclüyük” adlı konfrans keçirilib.
"Report" xəbər verir ki, konfransda Dövlət Komitəsi və MDTF rəhbərliyi, Milli Məclisin deputatları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutunun rəhbər şəxsləri, respublikamızda fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.
Tədbirin əvvəlində xalqımızın milli-mənəvi dəyərlərinin, birlik və həmrəyliyinin, Azərbaycanın tolerant və multikultural modelinin təbliği, o cümlədən birgəyaşayış formulunun daha geniş kütləyə yayılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində MDTF-nin sifarişi ilə hazırlanan “Müasir çağırışlar: birgəyaşayış nümunəsi” adlı qısametrajlı sənədli film nümayiş olunub.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açılış nitqi ilə çıxış edib.
Ardınca Komitə sədrinin müavini Səyavuş Heydərov, Milli Məclisin deputatı Elman Nəsirov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravosloav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası şurasının katibi Elnur Əfəndiyev, Azərbaycan Katolik kilsəsinin nümayəndəsi Yozef Marek, Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli, “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian dini icmasının sədri Rasim Xəlilov mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Fərqli dinlərin daşıyıcılarına münasibətdə tolerantlıq və birgəyaşayış ənənələrinin əhəmiyyətinə diqqət çəkən konfrans müzakirələrlə davam edib.