Bakı. 10 may. REPORT.AZ/ Mayın 10-da Abşeron rayonunun Xırdalan şəhərində
Bu binada Xırdalan ət kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından məcburi köçkün ailələri yerləşdirilib. “Kristal Abşeron” MMC tərəfindən inşa olunan bina 9 mərtəbə və avtodayanacaqdan ibarətdir. Üçbloklu binanın inşasına 2014-cü ilin iyununda başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə, zəruri tələblər nəzərə alınmaqla aparılıb.
Azərbaycanın birinci xanımı və qızları Kəlbəcər rayonundan məcburi köçkün Niyazi Ələkbərovun mənzilində yaradılan şəraitlə tanış olublar.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yeni mənzillə təmin olunmaları münasibəti ilə ailənin üzvlərini təbrik edib.
Azərbaycan Prezidenti
Binada ümumilikdə, 126 mənzil var. Onlardan 42-si bir, 60-ı iki, 24-ü isə üçotaqlıdır. Mənzillər mebellə təmin edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, həmçinin yüksək keyfiyyətli liftlər quraşdırılıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.