Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilib

Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilib Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb
Sosial müdafiə
21 Yanvar , 2017 13:29
Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Prezident İlham ƏliyevƏmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutmaqla, pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq imzalanıb. 

Son xəbərlər

Orphus sistemi