2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekun məlumatlarına görə, Azərbaycanda yeddi və daha çox uşaq sahibi olan 6837 ev təsərrüfatı (ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər) olub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, ev təsərrüfatları haqqında məlumatlar hər on ildən bir keçirilən əhalinin siyahıyaalınması zamanı əldə edilir. 2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekun məlumatlarına görə, 18 yaşadək uşağı olan ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsü məlum olub.
Belə ki, ölkədə 1 milyon 347 min 534 uşaqlı ev təsərrüfatı var. Onların 725 min 615-i şəhər yerlərində, 621 min 919-u isə kənd yerlərində yaşayıb.
Biruşaqlı ev təsərrüfatılarının sayı 422 989-dur, onlardan 241 min 234-ü şəhər yerlərində, 181 min 755-i kənd yerlərində yaşayıb.
İkiuşaqlı ev təsərrüfatlarının sayı 557 min 814-dür, onlardan şəhərdə yaşayanların sayı 295 min 884, kənddə yaşayanların sayı isə 261 min 930-dür.
Üçuşaqlı ev təsərrüfatlara gəlincə, bu kateqoiyaya daxil olan ailələrin 132 min 957-si şəhər yerlərində, 123 min 304-ü kənd yerlərində yaşayıb.
Son rəqəmlərə görə, Azərbaycanda 71 min 151 dörduşaqlı ev təsərrüfatı var. Onların 37 min 58-i şəhər yerlərində, 34 min 93-ü kənd yerlərində yaşayır. Həmçinin şəhər yerində yaşayan 11 min 313, kənddə yaşayan 11 837, yəni ümumilikdə 23 min 150 ev təsərrüfatı beşuşaqlıdır.
Altı uşaqlı ev təsərrüfatlarına gəlincə, 9332 təsərrüfat bu kateqoriyadadır. Onların 4338-i şəhər yerlərində, 4994-ü isə kənd yerlərində yaşayıb.
Sorğuya cavab olaraq, həmçinin 7 və daha çox uşağı olan ev təsərrüfatlarının sayı da bildirilib. Belə ki, ölkədə 6837 ev təsərrüfatı yeddi və daha çox uşaqlı ev təsərrüfatları arasında yer alır. Onların 2831-i şəhər yerlərində, 4006-sı isə kənd yerlərində yaşayıb.