Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar bir həftəlik tətil başlayıb.
“Report” xəbər verir ki, dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-sı ölkədə qeyri-iş günüdür.
Bu müddət ərzində dövlət qurumları işləməyəcək və məktəblərdə tətil olacaq. İş və dərslər yanvarın 7-də başlayacaq.
Qeyd edək ki, Baş Nazir
Xatırladaq ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.