“Azərbaycan ailələrində tarixən söz sahibləri ağsaqqal və ağbirçəklər olub”.
“Report” xəbər verir ki, bunu
Onun sözlərinə görə, Azərbaycanda ailə mədəniyyəti güclənməlidir: “Ailələrdə hər zaman ağsaqqal və ağbirçəklər olub. Hətta tarixən Azərbaycanda elçilik zamanı belə söz sahibi kimi hörmətli ağsaqqal və ağbirçəklər aparılıb. Təbii ki, ailədə ananın da, atanın da sözü keçməlidir və keçir”.
Dövlət Komitəsinin sədri valideynləri uşaqları ilə maraqlanmağa səsləyib: “Valdiyenlər uşaqları ilə tez-tez maraqlanmalıdır. Bəzi hallarda uşaqlar valideynlərdən xəbərsiz saatlarla komputerin qarşısında otururlar, nə işlə məşğul olduğu barədə valideynləri heçnə soruşmur. Valideynlər övladlarının tərbiyələndirilməsi istiqamətində məsuliyyətli olmalıdırlar. Bu məsuliyyət, təkcə, təhsil müəssisələrinin öhdəsinə buraxılmamalıdır. Mən özüm də müəlliməm, auditoriyaya daxil olan zaman ilk olaraq uşaqların üzünə baxıram. Hansının psixoloji probleminin olub-olmamasını müəyyənləşdirmək istəyirəm”.