Agentlik mühərrikli təkərli oturacaqların kimlərə verildiyinə aydınlıq gətirib 

Agentlik mühərrikli təkərli oturacaqların kimlərə verildiyinə aydınlıq gətirib  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mühərrikli təkərli oturacaqların kimlərə verilməsi məsələsinə aydınlıq gətirilib.
Sosial müdafiə
25 Fevral , 2022 11:59
Agentlik mühərrikli təkərli oturacaqların kimlərə verildiyinə aydınlıq gətirib 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mühərrikli təkərli oturacaqların kimlərə verilməsi məsələsinə aydınlıq gətirilib.

“Report”un xəbərinə görə, agentliyin Tibbi-Sosial Ekspertiza Xidmətinin Təşkili Departamentinin müdir müavini İlkin Yusifov “Sosial saat”da çıxışı zamanı deyib ki, belə oturacaqlar həm aşağı, həm də yuxarı ətrafların idarəedilməsində problem yaşayan şəxslərə verilir.

O xatırladıb ki, həmin şəxslər sadə təkərli oturacaqları əlləri ilə idarə bilmirlər.

İ.Yusifov qeyd edib ki, həmin xəstələrə mühərrikli təkərli oturacaqlar verilir: “Yuxarı ətraflarda fəaliyyət pozğunluğu, hərəkət həcminin 10 %-dən az olması, yaxud əzələ gücünün 2 və ya 1 baldan aşağı olanda həmin xəstələrə mühərrikli təkərli oturacaqlar təyin olunur. Çünki həmin şəxslər sərbəst şəkildə həmin oturacaqları idarə edə bilmir. Bəzən həmin kateqoriyaya aid olmayan xəstələr davamlı şəkildə müraciət edir ki, bizə də həmin oturacaqlardan verilsin. Lakin tələblərə cavab vermədiklərindən onlara sadə oturacaqlar təklif edilir. Əks göstərişlər də var. Əqli gerilik, qıcolma, davamlı ağır mərhələdə böyrək çatışmazlıqları və s. Bu da şəxsin həyatı üçün təhlükə deməkdir”.

Son xəbərlər

Orphus sistemi