Ağdamlı seçicilər deputatlığa namizəd Bəxtiyar Əliyevi dəstəkləyiblər

Ağdamlı seçicilər deputatlığa namizəd Bəxtiyar Əliyevi dəstəkləyiblər Deputatlığa namizəd Bakının Mərdəkan, Şüvəlan və Buzovna qəsəbələrində məskunlaşan ağdamlı seçicilərlə görüşüb
Sosial müdafiə
16 Oktyabr , 2015 16:58
Ağdamlı seçicilər deputatlığa namizəd Bəxtiyar Əliyevi dəstəkləyiblər

Bakı. 16 oktyabr. REPORT.AZ/ 118 saylı Ağdam şəhər Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir.

"Report" xəbər verir ki, B.Əliyev Bakının Mərdəkan, Şüvəlan və Buzovna qəsəbələrində məskunlaşan ağdamlı seçicilərlə görüşüb.

Deputatlığa namizəd seçki platformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb, Milli Məclis üzvü seçiləcəyi halda görəcəyi işlərdən danışıb.

Görüşlərdə iştirak edən seçicilər B.Əliyevin seçki platformasını maraqla qarşılayıblar. Çıxış edən seçicilər qeyd ediblər ki, B.Əliyev daima onların etimadını doğruldub, hər zaman seçicilərilə bir yerdə olub. Ağdamlılar öz deputatları ilə fəxr etdiklərini, qürur duyduqlarını söyləyiblər: "Bizim başqa deputata ehtiyacımız yoxdur".

Seçicilər deyiblər ki, noyabrın 1-də deputatlığa namizəd Bəxtiyar Əliyevə səs verəcəklər.

Son xəbərlər

Orphus sistemi