“Otuz illik acı göz yaşları sevinc yaşları ilə əvəz olunur”.
“Report” xəbər verir ki, bunu Zəngilan rayon Ağalı kənd sakini Gülzar İsayeva deyib.
“Biz 30 il əvvəl öz torpağımızdan məcburi qovulmuşuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin ki, bugünkü günü bizə yaşatdılar. Allah Prezidentimizin ömrünü uzun, canını sağ eləsin ki, sakinləri öz ata-baba yurdlarına qaytardı”, - G.İsayeva bildirib.
“Bundan sevincli nə ola bilər ki? Otuz il acı göz yaşı axıtmışıq, amma indi bu, sevinc göz yaşları ilə əvəz olunur. Mən kəndimizə qardaşımla birlikdə qayıdıram. Çox sevinirəm”, - keçmiş məcburi köçkün vurğulayıb.
Qeyd edək ki, bu gün daha 25 ailənin Zəngilanın Ağalı kəndinə köçü başlayıb. Ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, 9-u dördotaqlı, 6-ı beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub.