​Prezident İlham Əliyev Monqolustan prezidentinə məktub ünvanlayıb

Siyasət
  • 10 iyul, 2015
  • 13:43
​Prezident İlham Əliyev Monqolustan prezidentinə məktub ünvanlayıb

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorjaya təbrik məktubu ünvanlayıb. "Report"un məlumatına görə, məktubda deyilir: "Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".