Gəncədə I Gəncə Kitab Sərgisi keçirilir

Gəncədə I Gəncə Kitab Sərgisi keçirilir Gəncədə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə I Gəncə Kitab Sərgisi keçirilir.
Sərgilər
141
26 Noyabr , 2021 11:11
Gəncədə I Gəncə Kitab Sərgisi keçirilir

Gəncədə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə "I Gəncə Kitab Sərgisi" keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban” Mərkəzində təşkil olunmuş sərgidə Gəncədə səfərdə olan Xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin üzvləri sərgidə iştirak edən yazıçılar və mədəniyyət nümayəndələri ilə görüşüblər.

“Nizami Gəncəvi İli”nə həsr olunan sərgidən əvvəl dahi şair Nizami Gəncəvinin məqbərəsi ziyarət edilib.

Sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edib. Sərgidə kitablara 50%-dək endirim tətbiq olunacaq, məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərginin təşkili və bədii proqramlar keçiriləcək.

Son xəbərlər

Orphus sistemi