Zakir İbrahimov: "Zərgərlik bazarının digər iştirakçıları üçün sağlam rəqabət mühiti yaradılır"

Zakir İbrahimov: "Zərgərlik bazarının digər iştirakçıları üçün sağlam rəqabət mühiti yaradılır" “AzerGold” yeni məhsul kolleksiyasını təqdim etməyə hazırlaşır
Sənaye
6 İyul , 2021 11:24
Zakir İbrahimov: Zərgərlik bazarının digər iştirakçıları üçün sağlam rəqabət mühiti yaradılır
Zakir İbrahimov

Bu ilin əvvəlindən etibarən İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zərgərlik sənayesinin inkişafına töhfə vermək məqsədilə hazırlanan təkliflər əsasında vergi və gömrük qanunvericiliklərinə dəyişikliklər edilib.

“Report”un məlumatına görə, bu barədə “AzerGold” QSC-nin 5 illik fəaliyyətinə dair açıqlamasında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, bu dəyişikliklər zərgərlik sahəsinin daha da şəffaflaşmasına, məhsulların keyfiyyətinə nəzarət tədbirlərinin gücləndirilməsinə və ümumən “AzerGold” və zərgərlik bazarının digər iştirakçıları üçün sağlam rəqabət mühtinin yaradılmasına xidmət edir.

Z. İbrahimov bildirib ki, müvafiq sahədə fəaliyyət göstərən dövlət və özəl sahibkarlıq subyektləri üçün yaradılmış bu geniş imkanlar fonunda “AzerGold” yeni məhsul kolleksiyasını təqdim etməyə hazırlaşır: “Bu kolleksiyaya Heydər Əliyev Mərkəzi və “AzerGold” tərəfindən birgə təşkil edilmiş, Qarabağa həsr olunmuş müsabiqənin nəticələrinə əsasən seçilmiş yeni növ sikkələr də daxildir”.

Son xəbərlər

Orphus sistemi