Xaçmazda yeni fındıq emalı zavodu istifadəyə veriləcək

Xaçmazda yeni fındıq emalı zavodu istifadəyə veriləcək Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur
Sənaye
5 Aprel , 2021 17:18
Xaçmazda yeni fındıq emalı zavodu istifadəyə veriləcək

Azərbaycanda böyük ixrac potensialı olan aqrar sahələrdən biri də fındıqçılıqdır. Ölkədə müasir üsullardan istifadə etməklə fındıq istehsalının artırılması, məhsulun yeni bazarlara çıxarılması məqsədilə tədbirlər həyata keçirilir.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu sahədə görülən işlərdən biri də yeni texnologiyalar əsasında fəaliyyət göstərən fındıq emalı müəssisələrinin yaradılmasıdır.

“AZNUTS” MMC-nin Xaçmaz rayonunun Xudat şəhərində tikilmiş fındıq emalı zavodu da belə müəssisələrdəndir.

İldə 1,5 min ton qabıqlı fındıq emal etmək gücündə olan zavodda 30-dan çox iş yeri açılacaq.

İnvestisiya dəyəri 2,7 mln manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Nazirliyin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 mln manat güzəştli kredit verilib.

Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi