SOCAR Türkiyədə II neft-kimya kompleksinin mühəndislik işlərini yekunlaşdırıb

SOCAR Türkiyədə II neft-kimya kompleksinin mühəndislik işlərini yekunlaşdırıb Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə (Türkiyə) həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksinin mühəndislik işləri tamamlanıb.
Sənaye
2 Oktyabr , 2018 14:08
SOCAR Türkiyədə II neft-kimya kompleksinin mühəndislik işlərini yekunlaşdırıb
Report
0 : 00
0 : 00

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə (Türkiyə) həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksinin mühəndislik işləri tamamlanıb.

“Report” xəbər verir ki, bunuSOCAR-ın Türkiyədəki törəməsi -“SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov “Anadolu” agentliyinə bildirib.

O, bir neçə ay ərzində tenderdə yekun təkliflərin qəbul olunacağını deyib.

Z.Qəhrəmanov qeyd edib ki, 2019-cu ilin I rübündə yekun investisiya qərarı qəbul ediləcək. Baş direktor ikinci neft-kimya kompleksinin investisiya dəyərinin 1,6-2 mlrd. dollar olacağını deyib: “Bu kompleks Türkiyənin hazırki 1 mln. ton miqdarındakı saf tereftal turşusu (PTA) idxalını sıfıra endirəcək. Bununla yanaşı, paraksilol məhsullarının idxalının 800 min ton azalmasına imkan yaradacaq”.

Z.Qəhrəmanov kompleksin 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində istismara veriləcəyini əlavə edib.

Qeyd edək ki, yeni neft-kimya kompleksində Aromatiklər və Saf Tereftal turşusu müəssisələrinin yaradılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi