Bakı. 13 aprel.
O qeyd edib ki, avadanlıq artıq Azərbaycana gətirilib: "İmzalanan saziş "SOCAR Polymer" layihəsi üçün "Qazprombank" Qrupuna daxil olan "Kriogenmaş" tərəfindən azot qurğusunun hazırlanması və tədarükünü nəzərdə tutub. Bizim "Qazprombank"la çox uğurlu əməkdaşlığımız var. Bu əməkdaşlıqda qarşılıqlı olaraq təcrübələrimizdən faydalandıq. "Qazprombank" "SOCAR Polymer" layihəsinə 500 mln. dollara yaxın kredit ayırıb. Eyni zamanda, Qaradağda həyata keçirilməsi planlaşdırılan qaz emalı və neft-kimya kompleksi - "SOCAR-GPC" layihəsinin maliyyə məsləhətçisidir".
F.Cəfərov çıxışında bildirib ki, hazırda "SOCAR Polymer" layihəsi üzrə işlər qrafikə uyğun və büdcə çərçivəsində uğurla icra olunur.
Qeyd edək ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti Rövnəq Abdullayev və "Qazprombank"ın İdarə Heyətinin sədri Andrey Akimov Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Müqavilə "SOCAR Polymer"in polipropilen və yüksək sıxlıqlı polietilein istehsalı zavodlarının tikintisi üzrə QPB ilə birgə layihə üçün azot qurğusunun "Qazprombank" Qrupuna daxil olan "Kriogenmaş" ASC tərəfindən hazırlanması və tədarükünü nəzərdə tutur. Qurğu həmin layihənin həyata keçirilməsi zaman "SOCAR Polymer"in yüksək təmiz qazşəkilli azota yaranan tələbatını təmin edəcək.