Bakı. 26 sentyabr. REPORT.AZ/ “SOCAR Methanol” MMC “Gas to Chemicals Conference 2017”-də təmsil edilib.
“Report”un məlumatına görə, bu barədə şirkətdən AZƏRTAC-a bildirilib.
Məlumatda deyilir ki, Moskvada (Rusiya) “Gas to Chemicals Conference 2017” (GTCC) - Rusiya və MDB ölkələrinin qaz və kimya üzrə ikinci texnoloji konfransı keçirilib. Konfransda “SOCAR Methanol” tərəfindən nümayəndə heyəti iştirak edib. Tədbirdə Bakı Metanol Zavodunun fəaliyyətini əks etdirən film nümayiş etdirilib və zavod haqqında iştirakçılara ətraflı məlumat verilib.
GTCC qaz istehsalı sahəsini əhatə edərək təbii qazın kimya, neft-kimya və yanacaq kimi daha qiymətli məhsullara çevrilməsi üçün müxtəlif texnoloji variantları qiymətləndirən bir konfransdır. Konfransda hər il Rusiya və MDB ölkələrindən aparıcı sənaye ekspertləri mayeləşdirilmiş təbii qaz, sintez qaz, metanol və s. üzrə ən son texnoloji yeniliklər barədə qabaqcıl təcrübələrini ictimaiyyətlə bölüşürlər.