“SOCAR Methanol” istehsal göstəricilərini açıqlayıb
Sənaye
- 07 iyul, 2017
- 07:56
Bakı. 7 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısında Azərbaycan Metanol Zavodunda 100,848 min ton həcmində metanol istehsal edilib.
“Report” bu barədə “SOCAR Methanol” MMC-yə istinadən xəbər verir.
Qeyd edilib ki, cari il üçün 250 min ton istehsalı planlaşdırılan zavodun ilk yarımildəki istehsalı 100 848,34 ton təşkil edib.
“Dünya bazarında metanolun idxalına olan tələbatın sabit artımını nəzərə alaraq, istehsalın ildə 500 min tona çatdırılması öndə duran əsas hədəflərdəndir”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, 2016-cı ilin noyabr ayından etibarən “SOCAR Methanol” şirkəti tərəfindən idarəetməsi təhvil alınan Metanol Zavodu bu ilin yanvarından yeni struktur və idarəetmə prinsipləri əsasında istehsal prosesini bərpa edib.
Son xəbərlər
03:14
Mask Texasda dünyanın ən böyük çip zavodunu quracaq
İKT02:43
ABŞ İranın blokadasından sonra 55 ticarət gəmisini yönləndirib
Digər ölkələr02:12
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
Digər ölkələr01:37
Britaniya Aİ ilə xidmətlər sahəsində əməkdaşlığı dərinləşdirəcək
Digər ölkələr01:02
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Digər ölkələr00:21
Foto
Video
Cəlilabadda transformator partlayıb, yanğın baş verib
Hadisə00:13
Məsud Pezeşkian: İranın region ölkələri ilə münasibətləri yaxşılaşır
Region23:57
ABŞ-da qırıcılar Trampın qolf klubu üzərində təyyarələri ələ keçirib
Digər ölkələr23:34