"SOCAR Methanol" daxili bazarın payını artırmağı hədəfləyir

"SOCAR Methanol" daxili bazarın payını artırmağı hədəfləyir Hazırda istehsal edilən məhsulun 95%-i ixraca yönəldilir
Sənaye
29 Noyabr , 2017 13:10
SOCAR Methanol daxili bazarın payını artırmağı hədəfləyir
"SOCAR Methanol"un baş direktoru Elnur Mustafayev / Report/ Firi Salim

Bakı. 29 noyabr. REPORT.AZ/ SOCAR-ın törəmə şirkəti olan “SOCAR Methanol” MMC-nin gələcək 2-3 illik inkişaf planına daxili bazarın payının artırılması daxildir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya neft emalı və neft-kimya" konfransında "SOCAR Methanol"un baş direktoru Elnur Mustafayev bildirib.

"Azərbaycanın daxili bazarında metanolun satışı və bu bazarın inkişafı strateji məqsədlərimizdən biridir. Hazırda daxili bazarda metanol satışı istehsal olunmuş metanolun 5%-ni təşkil edir. Bu payın 10%-ə qədər artırılmasını hədəfləyirik", - şirkət rəhbəri qeyd edib.

E.Mustafayev bildirib ki, "SOCAR Methanol"un idarəçiliyi altında fasiləsiz və təhlükəsiz fəaliyyət göstərən Bakı Metanol Zavodunda bu il 265 min ton metanol istehsal edilib. 

Onun sözlərinə görə, satış üzrə 35 mln. ABŞ dolları həcmində gəlir əldə olunub: "Metanol ixracı qeyri-neft sektoru üzrə ixracda 5-ci yerdə qərarlaşıb. İstehsal edilən məhsulun 95%-i ixraca yönəldilir. Məhsulun ixracı SOCAR-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən həyata keçirilir. İxrac SOCAR-ın Kulevi neft terminalından (Qara dəniz, Gürcüstan) bazarlara çıxarılır".

Son xəbərlər

Orphus sistemi