Rövnəq Abdullayev: "Kimya sənayesinin inkişafı üçün böyük imkanlar var"

Rövnəq Abdullayev: "Kimya sənayesinin inkişafı üçün böyük imkanlar var" SOCAR rəhbəri: "Azərikimya" gəlirlə işləyən, dövlətə vergi ödəyən təşkilata çevrilib"
Sənaye
14 Aprel , 2017 12:59
Rövnəq Abdullayev: Kimya sənayesinin inkişafı üçün böyük imkanlar var
Report.az

Bakı. 14 aprel. REPORT.AZ/ "Kimya sənayesi çox önəmli sahədir və bu sahənin inkişafı üçün böyük imkanlar var".

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində Sumqayıt Kimya Sənaye Parkının rezidenti - "SOCAR Polymer" MMC-nin istehsal edəcəyi məhsullara dair tədbirdə bildirib.

"SOCAR Türkiyənin "Petkim" neft-kimya kompleksini aldıqdan sonra böyük təcrübə əldə edib. "Azərikimya" SOCAR-ın tərkibinə verildikən sonra bu müəssisədə böyük işlər gördük. Bir neçə ildir "Azərikimya" gəlirlə işləyən, dövlətə vergi ödəyən təşkilata çevrilib", - deyə SOCAR rəhbəri qeyd edib.

R.Abdullayev Sumqayıt Kimya Sənaye Parkının rezidenti - "SOCAR Polymer" layihəsindən də danışaraq bildirib ki, şirkətlərlə birgə bu layihənin məhsulları ilə bağlı layihələr hazırlana bilər: "Kimya sahəsi yüksək əlavə dəyər yaradır. Bu sahə inkişaf edir və bu, bazara rahat daxil olmağa imkan var".

Son xəbərlər

Orphus sistemi